Gorus-Qafan yolu ilə Azərbaycan ərazisinə qanunsuz keçən iranlı sürücülər saxlanılıb - RƏSMİ


Dİn Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünün Azərbaycan polisləri tərəfindən saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.
Yeniavaz.com
 xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, Ehsan Zahidov açıqlama verib. O bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar: "Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək”.

***17:16

Azərbaycan polisi Gorus-Qafan avtomobil yolunun Vorotan kəndi hissəsində Xankəndi və İrəvana yük aparan iki iranlı sürücünü həbs edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. İranlı sürücülərin bu barədə Ermənistan tərəfə telefonla məlumat ötürdüyü vurğulanıb.
Hadisənin təfərrüatı barədə heç bir məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top