AMEA Nəbatat Bağını mühafizə etmək üçün hər ay 10 min manat xərcləyəcək


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Alov-Mühafizə” MMC olub.
“Alov-Mühafizə” MMC 5 ay ərzində AMEA Mərkəzi Nəbatat Bağının mühafizəsini təşkil edəcək. Bu xidmətin qarşılığında AMEA İşlər İdarəsi “Alov-Mühafizə” MMC –yə 50 min manat 10 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Alov-Mühafizə” MMC 21.04.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”-də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur.
Xatırladaq ki, 2009-cü ildə təsis olunan “Alov-Mühafizə” MMC əsasən təhsil müəssisələri olmaqla Azərbaycanda yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edir. Mühafizə xidmətilə bağlı keçirilən dövlət satınalmalarının bir çoxunda məhz “Alov-Mühafizə” MMC qalib olur.
Onu da bildirək ki, mətbuatda yayılan sənədlərdə (15 mart 2019-cu il tarixli) “Alov-Mühafizə” MMC-yə Qasımov Etibar Ağahüseyn oğlunun rəhbərlik etdiyi (Baş idarə rəisi) qeyd olunub. Mətbuatda “Alov-Mühafizə” MMC-nin də  “Riyad Mühafizə Xidməti” MMC-nin bazası əsasında qurulduğu bildirilib.
Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda “Vətən-N Mühafizə Xidməti” MMC –nin qanuni təmsilçisdir. 
Rəsmi məlumatlara görə MMC 27.01.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Xəzər rayonu, Şüvələn ŞTQ, ev 921 K”-da yerləşən MMC-nin nizamnamə kapitalı 300 manat təşkil edir. 
Etibar Qasımov eyni zamanda İctimai Nəzarət Koalisiyasının sədr müavinidir. İNK sədri isə bir müddət əvvəl qalmaqallı videosu ilə gündəmə gələn 187 saylı məktəbin direktoru Nailə Məmmədovanın qardaşı Rasim Məmmədovdur.

DİGƏR XƏBƏRLƏR

Top