“Pfizer” 6 aylıq körpələrə peyvənd vurulmasını təklif edir


 “Pfizer” 6 aydan 5 yaşa qədər olan uşaqların peyvənd olunması üçün ABŞ Qida və Dərman İdarəsinə müraciət edəcəyini bildirib.
Yeniavaz.com
“NTV”yə istinadla bildirir ki, bu barədə “Pzifer” şirkətinin maliyyə direktoru Frank Ameli açıqlama verib. O, “Pfizer-Biontech” şirkətlərinin 6 aylıq və 5 yaşa qədər olan uşaqlara COVID-19 peyvəndi vurulması üçün noyabr ayında ABŞ Qida və Dərman İdarəsinə müraciət edəcəklərini bildirib. Həmin peyvənd 5-11 yaş aralığına tətbiq edildikdən sonra növbəti mərhələdə 6 ay-5 yaş arası uşaqlara vurulacaq.
Xatırladaq ki, “Pfizer-Biontech” peyvəndi, ABŞ-da istifadə üçün təsdiq edilmiş ilk tam lisenziyalı COVID-19 peyvəndidir.
Qeyd edək ki, “Pfizer-Biontech” və “Moderna” peyvəndləri 12 yaşdan yuxarı uşaqlar üçün Avropa Dərman Agentliyi tərəfindən təsdiq edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top