Naxçıvanda müəllimlərin maaşının 2 dəfə artırılması iddiasına RƏSMİ AÇIQLAMA


Sosial şəbəkələrdə Naxçıvanda müəllimlərin aylıq vəzifə maaşlarının 2 dəfə qaldırılması ilə bağlı məlumat yayılıb. Bununla bağlı Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun sərəncam imzaladığı bildirilir.
 
Yeniavaz.com xəbər verir ki, Naxçıvan MR Təhsil Nazirliyindən məlumatın həqiqətə uyğun olmadığı bildirilib: 
“Köhnə sərəncamı kimsə tarixini göstərmədən "instagram"da paylaşıb camaatı aldadırlar. Belə bir şey yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top