Bu rayonun icra başçısının müavini işdən çıxarıldı


Yevlax Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bu barədə icra başçısı Anar Tağıyev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, başçının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Kərimxanov Ceyhun Əhəd oğlu vəzifəsindən azad edilib.

Qeyd edək ki, bundan əvvəl Yevlax Rayon İcra Hakimiyyətində iki müavin vəzifəsi də vakant idi. Hazırda A.Tağıyevin bir müavini var. 

DİGƏR XƏBƏRLƏR

Top