Danimarkada əyləncə üçün yüzlərlə balina və delfin öldürüldü – Dəhşətli görüntü – VİDEO


Danimarkaya aid muxtar əyalət Farer Adalarında hər il keçirilən “Qrindadrap” festivalında yüzlərlə delfin və balina öldürülüb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, 1500-cü illərdən bu günə qədər davam edən ənənəvi festival dünyada bir çox ölkə vətəndaşının etirazına səbəb olub. Builki festivalda 1428 delfin və balinanın öldürüldüyü bildirilib. 
Festivalda qeydə alınan videoda ovdan sonra onlarla delfinin sahil xətti boyunca düzüldüyü, əksəriyyətinin isə ağır yaralı olduğu görülür.
"Ovçular" qeyri-adi ənənələrinə uyğun olaraq balinaları, darboğaz və ağ başlı delfinləri öldürürlər.

DİGƏR XƏBƏRLƏR

Top