Rusiyada peyvənd hazırlayan Vektor Mərkəzi “Nipah” virusunu aşkar edə biləcək test sistemi hazırlyıb.
Yeniavaz.com “İnterfax”a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası “Rospotrebnadzor” rəhbəri Anna Popova məlumat yayıb.
Qeyd edək ki, “Nipah” virusu ilk dəfə 1998-ci ildə Malayziyada tapılıb. Virus peyvənd olunana qədər beynin iltihabına və ağır tənəffüs xəstəliklərinə səbəb olur və 70 faiz ölümlə nəticələnir. Yarasalar xəstəliyin əsas daşıyıcıları hesab olunur.