Yaqub Zurufçu dəfn edildi - FOTOLAR + YENİLƏNİB

Əməkdar artist Yaqub Zurufçu dəfn olunub.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə sənətkarın ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edir.
Qeyd edək ki, Əməkdar artist dünən koronavirusdan vəfat edib.

***13:03
Müalicə olunduğu xəstəxanada vəfat edən Əməkdar artist Yaqub Zurufçunun nəşi ailəsinə təhvil verilib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hazırda 1 Saylı Şəhər Klinik Xəstəxanasının həyətində onunla vida mərasimi keçirilir.
Mərasimdə mərhumun ailə üzvləri, sənət yoldaşları iştirak edirlər.
Xatırladaq ki, koronavirusa yoluxan Əməkdar artist dünən vəfat edib.

 

DİGƏR XƏBƏRLƏR

Top