Rusiyada son bir gündə 18 min 841 nəfər koronavirusa yoluxub.
Yeniavaz.com “İnterfax”a istinadla xəbər verir ki, Rusiyada son 24 saatda 792 nəfər koronavirusdan ölüb, 18 min 841 nəfər isə həmin xəstəliyə yoluxub.
Ən çox ölüm halı 49 nəfərlə Moskvada baş verib, ikinci sırada isə 38 ölümlə Sankt-Peterburq dayanır.
Qeyd edək ki, Rusiyada bu günə qədər 7 milyon 194 min 926 nəfər koronavirusa yoluxub, 195 min 41 nəfər isə ölüb.