Türkiyədə peyvənd olunmayan həkim koronavirusdan öldü


Türkiyənin Sakarya bölgəsində yerləşən xəstəxanada travmotoloq-ortoped həkim kimi çalışan Həsən Feyzi koronavirusdan ölüb.
Yeniavaz.com
“Cumhuriyet”ə istinadla xəbər verir ki, o, təxminən 20 gün əvvəl bəzi simptomlar ortaya çıxandan sonra koronavirus testi verib. Cavabları pozitiv çıxan həkim evdə müalicə almağa başlayıb. Daha sonra səhhəti pisləşən həkim reanimasiyaya yerləşdirilib. Bir müddət müalicə olunmasına baxmayaraq koronavirusa yoluxan Həsən Feyzini xilas etmək mümkün olmayıb. 
Verilən məlumatlarda onun koronavirusa qarşı peyvənd olunmadığı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top