
Hadrutda Azərbaycan hərbçilərinə qarşı təxribat törədərkən əsir düşən erməni quldurların komandiri polkovnik-leytenant Arsen Qazaryan həbs olunub.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, Qazaryan özünün günahkar olmadığını, sadəcə əməliyyatdakı uğursuzluğu onun üzərinə qoyduqlarını deyib.
Xatırladaq ki, 2020-ci ilin noyabr ayında İkinci Qarabağ müharibəsinin bitməsi və üçtərəfli bəyannamənin imzalanmasından sonra bir qrup erməni terrorçu Hadrut rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndlərində Azərbaycan hərbçilərinə qarşı təxribat törədərkən əsir düşmüşdülər.