İngiltərə Çin səfirinin binaya girişinə qadağa qoydu


Böyük Britaniya parlamenti ölkədəki Çin səfirliyinin binasına səfirinin buraxılmasına qadağa qoyub.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, buna səbəb rəsmi Pekinin ingilis millət vəkillərinə tətbiq etdiyi sanksiyalardır. Bu barədə İngiltərə İcmalar Palatasının spikeri Lindsey Hoyle məlumat verib.
Çinin Londondakı səfirliyi isə bu addımı pisləyib. "Bu, İngiltərə parlamentində bir sıra şəxslərin Çin və İngiltərə arasında normal münasibət və əməkdaşlığa mane olan, hər iki ölkədəki insanların istəklərinə zidd və maraqlarına xələl gətirən qorxaq hərəkətidir"-deyə diplomatik nümayəndəliyin sözçüsü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top