Ermənistana yük aparan iranlı sürücülər Azərbaycandan narazılıq edirlər – VİDEO


“Ermənistana girəndə 185 min dram (641 manat) pul vermişik, Azərbaycan da bizdən torpaq pulu alsa, olmaz”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistana gedən TIR sürücüləri "Azadlıq Radiosu"nun Ermənistan bürosuna verdiyi açıqlamada deyib:
“Biz bu yükü Ermənistana gətirmişik, Azərbaycana yox, onlar bizdən pul alsa olmaz. Yatmağa yerimiz, yeməyimiz yoxdur. 5 gündür buradayıq, vəziyyətimiz pisdir”.

Qeyd edək ki, dünən Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı açıqlama yayıb. Belə ki, Azərbaycan Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan ərazisinə daxil olan və Azərbaycan ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Bu məcəlləyə əsasən avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir. Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.

DİGƏR XƏBƏRLƏR

Top