Mingəçevirdə avtomobil yanıb


Avtomobil təmiri sexinin ərazisində "Hyundai" markalı minik maşını yanıb.
Yanğın hadisəsi gecə saatlarında Mingəçevir şəhəri Samux küçəsində yerləşən təmir sexində qeydə alınıb. Alovlanan minik maşını yaxınlıqda olan “Opel” və “Mersedes” markalı maşınların da müəyyən hissələrinin yanmasına səbəb olub. Alov söndürmək üçün hadisə yerinə yanğın söndürənlər çağrılıb.Alovun qarşısını almaq mümkün olub. Yanğın baş verən avtomobil təmiri sexinin sahibi Hüseyn İsmayılov yanğın haqda məlumatı Bakıdan Mingəçevirə qayıdarkən xəbər tutub. O,avtomobilin qəsdən yandırıldığını iddia edir.
Yeniavaz.com-a məlumat verən təmir sexinin sahibi Hüseyn İsmayılov  yanan avtomobilin ehtiyyat hissələrinin tapılmaması səbəbindən 82 gündür təmir sexinin ərazisində olduğunu bildirib. Baş verən hadisəynən bağlı adiyyatı qurumlara da məlumat verilib.
Samux küçəsində baş verən hadisə ilə  bağlı FHN-nin Mingəçevir Yanğından mühafizə hissəsində, həmçinin Polis şöbəsində araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top