Azərbaycan Gorus-Qafan yolunda İrandan gələn avtobusları da yoxlayır – Erməni KİV


Gorus-Qafan yolu ilə hərəkət edən İranın sərnişin avtobusları Azərbaycan polisi tərəfindən yoxlanılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Aysor.am"a Gorus meri Karo Koçaryan deyib. Onun sözlərinə görə, iranlı sürücülər bundan narazı olduqlarını bildiriblər: "İndiyə qədər vəziyyət dəyişməyib. Azərbaycanlılar İran avtomobillərində eyni yoxlamaları həyata keçirir, avtobuslar da yoxlanılır, tıxaclar yaranır".
Qeyd edək ki, son günlər İranın Qarabağa qanunsuz yük daşımaları ilə bağlı görüntülər yayılmışdı. Rəsmi Bakının etirazına baxmayaraq İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı növbəti görüntülər də yayılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top