Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatı müsadirə edib - FOTO


Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan vətəndaşlarının idarə etdiyi 2 ədəd "DAF" markalı yük avtomobilləri saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 7 200 kapsul və 43 ədəd müxtəlif adda dərman preparatları, 199 ədəd ineksiya üçün iynə, 94 ədəd vakum test borusu aşkar edilib.

DİGƏR XƏBƏRLƏR

Top