Bu ilin ilk yarısında Azərbaycandan 2,5 milyard dollar çıxarılıb - RƏSMİ


Bu ilin birinci yarısında Azərbaycandan 2 milyard 549,6 milyon dollar məbləğində kapital çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqladığı məlumatda qeyd olunur.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin birinci yarısında Azərbaycandan 1 milyard 844 milyon dollar məbləğində kapital çıxarılıb. 
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin birinci yarısında Azərbaycandan çıxarılan kapitalın həcmi 38,3% artıb.

DİGƏR XƏBƏRLƏR

Top