
Birinci kateqoriyalı “Nikolas” qasırğası ABŞ-ın Texas ştatına çatıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Müşahidə Mərkəzi məlumat yayıb. Bildirilib ki, hazırda fırtınanın episentri Friport şəhərindən təxminən 40 km cənub-qərbdədir. Bir neçə gün sonra fırtınanın zəifləyəcəyi gözlənilir.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden yaxınlaşan tropik fırtına səbəbilə Luiziana ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamışdı.
Tətbiqimizi yükləyə bilərsiniz