Səyyad Əlizadənin durumu sabit ağır olaraq qalır


Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin son durumu açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, qohumu Report-a bildirib ki, müğənninin vəziyyətində heç bir irəliləyiş yoxdur.

"Həkimlərlə danışmışıq. Dedilər ki, Səyyad Əlizadənin durumu sabit ağır olaraq qalır. Heç bir müsbət dəyişiklik yoxdur", - sənətçinin qohumu vurğulayıb.

Qeyd edək ki, müğənni Səyyad Əlizadə 10 gün əvvəl koronavirusa yoluxub. O, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top