Azərbaycanlı jurnalist Almaniyadan deportasiya edilir


2017-ci ildən Almaniyada yaşayan azərbaycanlı jurnalist Röya Rəfili Azərbaycana deportasiya edilir. Yeniavaz.com xəbər verir ki, bunu “Xeber.de”yə jurnalistin özü deyib. “Deportasiya üçün evimizə gəldilər. Hazırda bizi Düsseldorf hava limanına aparırlar. Azərbaycana deportasiya edəcəklər”- deyə, jurnalist bildirib. 
Məlumat üçün bildirək ki, Röya Rəfili Azərbaycanda “ANS”, “Yeni Müsavat” və “Kanal 13” kimi media quruluşlarında çalışıb. 2017-ci ildə Almaniyaya gələn R.Rəfili bu ölkədən sığınacaq istəyib. 

DİGƏR XƏBƏRLƏR

Top