
Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri Yəməndən buraxılan silahlı pilotsuz uçuş aparatını məhv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
PUA-nın krallığın cənub-qərb hissəsində yerləşən Xamis-Muşait qəsəbəsinə yönəldildiyi qeyd olunub.
Qeyd edək ki, Yəməndə 2014 -cü ilin avqustundan bəri Səudiyyə Ərəbistanının başçılıq etdiyi hökumət qüvvələri ilə Husilər hərəkatı arasında qarşıdurma davam edir. Uzun müddətdir davam edən münaqişə dünyanın ən böyük humanitar böhranına səbəb olub.
Tətbiqimizi yükləyə bilərsiniz