TƏBİB-in yeni sədr əvəzi kollektivə təqdim edildi


"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Vüqar Qurbanov kollektivə təqdim olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB İdarə Heyəti sədri vəzifəsinin müvəqqəti icrası Vüqar Qurbanova verilib. O, hazırda agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsini tutur.

DİGƏR XƏBƏRLƏR

Top