
“Taliban”ın təhlükəsizlik xidməti Məzari-Şərif şəhərində uşaq oğurlayan bir dəstənin məhv edildiyini açıqlayıb.
Yeniavaz.com “Aamaj News”a istinadla xəbər verir ki, əməliyyat bu gün gecə həyata keçirilib. Bildirilib ki, uşaq oğurluğu ilə məşğul olan dəstənin dörd əfqan kişi və bir özbək qadın üzvü öldürülüb.
Xatırladaq ki, bu gün Əfqanıstan mediasına Məzari-Şərifdə güclü atışma olduğu barədə xəbərlər yayılmışdı.