"Taliban" Molla Baradarın öldürülməsi xəbərini təkzib etdi


Əfqanıstan müvəqqəti hökuməti başçısının müavini Əbdül Qani Baradarın öldürüldüyü və ya yaralandığına dair məlumatlar əsassızdır. 
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə “Taliban” hərəkatının Qətər siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Süheyl Şahin məlumat verib.
"Molla Əbdül Qani Baradar Axundun yaralandığı və ya öldürüldüyünə dair məlumatlar əsassızdır və yalandır, qəti şəkildə inkar edirəm", - deyə o, bildirib.
Daha əvvəl mediada Baradarın “Taliban” qrupları arasında atışma nəticəsində yaralandığı məlumatı yayılmışdı.
 

DİGƏR XƏBƏRLƏR

Top