İngiltərə iaşə obyektlərində koronavirus pasportu ilə bağlı tələbi ləğv edib


İngiltərə səhiyyə naziri Said Cavid sentyabr ayının sonundan etibarən ictimai iaşə obyektlərinə daxil olarkən koronavirus pasportunun tələb olunması ilə bağlı qərarın ləğv olunacağını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə BBC-ə danışarkən deyib. Səhiyyə naziri bildirib ki, insanlar sırf sağlamlığın mühafizəsi üçün vaksinasiya olunmalıdırlar, hansısa hüquqlardan istifadə etmək üçün yox.
Qeyd edək ki, koronavirus pasportu olmadan gecə klublarına və insanların sıx toplaşdığı məkanlara girişi qadağan edən qərar, iaşə obyektlərinin sahiblərinin və bəzi millət vəkillərinin narazılığına, hətta kəskin tənqidinə səbəb olmuşdu.
Yeni qərarın İngiltərinin koronavirusla mübarizə üsullarını dəyişəcəyi ehtimal edilir.

DİGƏR XƏBƏRLƏR

Top