Səyyad Əlizadə süni nəfəs aparatına qoşulub


Tanınmış müğənni Səyyad Əlizadə koronavirusa yoluxub.

Yeniavaz.com xəbər verir ki, bunu Report-a açıqlamasında müğənninin qohumu Razim Qarayev deyib.

O bildirib ki, S.Əlizadə 10 gün əvvəl COVİD-19 infeksiyasına yoluxub: "Ötən gün vəziyyəti ağırlaşıb. Axşam təcili yardım çağırmışdıq. Bu gün səhhəti daha da pisləşdiyindən Xızı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda reanimasiya şöbəsindədir və süni nəfəs aparatına qoşulub. Müəlicəsi davam etdirilir, ancaq vəziyyəti ağırdır".

DİGƏR XƏBƏRLƏR

Top