Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycan Qolf Federasiyasiyasının prezidenti vəzifəsindən rəsmən istefa verib.
2013-ci ildə oktyabrın 2-də mərhum Gənclər və İdman naziri Azad Rəhimovun iştirakı ilə açılan Azərbaycan Qolf Federasiyasının inzibati binası və Qolf Akademiyasının ərazisi artıq özəl tikinti şirkətinə satılıb, hazırda orada yaşayış binası tikilir.
Fikrət Hüseynov federasiyanın Biləcəri qəsəbəsi, Sumqayıt şosesi 9-cu km-də yerləşən baş ofisi və idman meydançasının satılmasına da belə münasibət bildirib: "Bu barədə dəqiq heç nə deyə bilmərəm”.
Əldə etdiyimiz digər məlumata görə, Azərbaycan Qolf Federasiyasiyası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyinə verilə bilər.