Azərbaycan iqtisadiyyatında son vəziyyət AÇIQLANDI


Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 54 milyard 730,2 milyon manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com
açqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6% artıb.
Məlumat üçün qeyd edək ki, ÜDM-nin artımı 2013-cü ildən sonra ən yüksək səviyyədə olub. 2013-cü ildə ÜDM artımı 5,8% olub. Sonrakı illərdə ÜDM artımı 3,6%-dən aşağı olub.
Bu ilin yanvar-avqust aylarında ÜDM iqtisadiyyatın neft-qaz sektorunda 1,2% azalıb, qeyri neft-qaz sektorunda isə 5,7% artıb. 
Bir nəfərə düşən ÜDM isə 5 min 466,1 manat olub.

DİGƏR XƏBƏRLƏR

Top