"Taliban" universitetlərdə kişi və qadınların birlikdə təhsil almasını qadağan etdi


Əfqanıstanda idarəni ələ alan “Taliban” qadın və kişilərin universitetlərdə birlikdə təhsil almasını qadağan edib.
Yeniavaz.com
“Cumhuriyet”ə istinadla xəbər verir ki, bu barədə ölkənin ali təhsil naziri Əbdül Baqi Haqqanı keçirdiyi iclasda elan edib. O həmçinin bildirib ki, universitetlərdə qız tələbələr üçün yeni geyim tərzi tətbiq ediləcək.
Xatırladaq ki, “Taliban” 1996-2001-ci illərdə Əfqanıstanı idarə edərkən qadın və qızların universitetlərə və məktəblərə getməsini qadağan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top