Qardaş ölkədə güclü yağışlar səbəbilə 14 nəfər dünyasını dəyişdi


Pakistanın şimal-qərbindəki Hayber Paktunkva əyalətində güclü leysan yağışları nəticəsində yaşayış binaları uçub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində ən azı 14 nəfər ölüb, iki nəfər isə yaralanıb. Təbii fəlakətlərin Torqar rayonunda və Abbotabad şəhərində baş verdiyi bildirilib. Qurbanların əksəriyyəti qadın və uşaqlardır.
Rəsmilər təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün zərər çəkmiş bölgələrə xilasetmə qrupları və mühəndis texnikası göndərib.

DİGƏR XƏBƏRLƏR

Top