Bakıda fiziki məhdudiyyətli azyaşlını avtomobildə bağladılar: DİN-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO

"Bakıda avtomobildə aşkarlanan fiziki məhdudiyyətli azyaşlı valideynlərinə təhvil verilib".

Yeniavaz.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov deyib.

Hadisə Xətai rayonu ərazisində yerləşən Gənclik parkında qeydə alınıb. Belə ki, valideynlər fiziki məhdudiyyətli azyaşlını qapıları bağlı avtomobildə tək qoyaraq gediblər. Ərazidə olan vətəndaşlar polisə müraciət ediblər.

“Vətəndaşların müraciəti əsasında polis əməkdaşları əraziyə yaxınlaşıb və fiziki məhdudiyyətli uşağın avtomobildə tək qaldığını görüblər. Uşaq avtomobildən çıxarılıb və təhlükəsizliyi təmin etdikdən sonra valideynləri tapılaraq təhvil verilib. Valideynlər bildirib ki, əvvəlcə uşağı parkda gəzdiriblər, sonra avtomobilə qoyaraq özləri gəzintilərini davam etdiriblər”, - A.Qafarov bildirib.


***11:00
Bakıda azyaşlı avtomobildə çətin vəziyyətdə qalıb.

Yeniavaz.com Lent.az-a istinadla xəbər verir ki, hadisə bu gecə qeydə alınıb. “Mercedes” markalı avtomobilin sahibi azyaşlını salonda qoyaraq qapıları bağlayıb.
Ərazidə xidmətdə olan polis əməkdaşları avtomobilə yaxınlaşaraq, qapını aça bilib və uşağı xilas ediblər. Bu zaman uşağın fiziki qüsurlu olduğu müəyyənləşib.
Daha sonra isə uşağın valideynlərinin axtarışına başlanılıb.
Hadisə anı əməkdaşlar tərəfindən kameraya çəkilib.
Görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top