Yaponiya “Pfizer” peyvəndinin nə qədər təsirli olduğunu açıqladı


Yaponiyada “Kyoto” universitetinin mütəxəssisləri “Pfizer” peyvəndinin 85-96 faiz təsirli olduğunu bildirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb. Bildirilib ki, “Kyoto” universitetindən bir qrup tədqiqatçı keçən yay bu vaxtlarda yoluxmuş 10 mindən çox yerli sakinin məlumatlarını təhlil edərək araşdırma aparıblar. Yoluxanların böyük əksəriyyətinin peyvənd vurulmayan şəxslər olduğu vurğulanıb. Bu da yapon mütəxəssislərinə vaksinin effektivliyini hesablamağa imkan verib. Belə ki, araşdırma nəticələrinə görə, 20 yaşdan 60 yaşa qədər kişilər arasında “Pfizer” peyvəndinin effektivliyi 89,6 - 93,4 faiz arasındadır.
Yaponiyalı mütəxəssislər, araşdırmanın ölkədə “delta” ştammının güclü yayıldığı dövründə aparıldığını və vaksinin daha yoluxucu varianta güclü təsir etdiyini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top