Azərbaycan Gorus-Qafan yolunda İran nömrəli yük maşınlarını yoxlayır – Erməni KİV


“Sentyabrın 12-də saat 12:00-da Vorotan kəndi yaxınlığındakı Gorus-Qafan dövlətlərarası yolun Eyvazlı kəndindən keçən hissəsində Azərbaycan polisi İran dövlət nömrə nişanlı yük avtomobillərini yoxlayır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xatırladaq ki, İran tərəfindən dəfələrlə Qarabağa naməlum yük daşıyan maşınların keçməsi faktı aşkarlanmışdı. Bununla bağlı Azərbaycanın İrana nota verməsinə baxmayaraq proses davam etmişdi.
Sosial şəbəkələrdə Azərbaycan Daxili İşlər Nazirliyinin Gorus-Qafan dövlətlərarası yolun Azərbaycandandan keçən hissəsində nəzarət-keçid məntəqəsi quraşdırmasını əks etdirən görüntülər yayılıb:

DİGƏR XƏBƏRLƏR

Top