Samuxda körpə bacı-qardaş naməlum səbəbdən ölüb


Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşan körpələr dünən axşam yaxınları tərəfindən xəstəxanaya aparılsalar da, R.Quliyevanın öldüyü məlum olub. N.Quliyev isə bu gün xəstəxanada dünyasını dəyişib.

Onların ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top