"Bizə "qardaş" deyən İran daim ermənilərin yanında olub" - Sabir Rüstəmxanlı


“İran bizə din qardaşı deyə-deyə daim Ermənistanın yanında olub, bununla bağlı bir çox faktlar var. Baxmayaraq ki, İranın rəsmiləri Azərbaycan təmsilçiləri ilə görüşəndə başqa mövqe sərgiləyir, ərazi bütövlüyünü dəstəklədiklərini deyirlər. Amma həqiqətdə belə deyil”.

Yeniavaz.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı  Modern.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, Qarabağın dağıdılmasında İranın əlinin olmasını heç kim inkar edə bilməz:
“Ermənilər bizim bəzi mülkləri İrana satırdı. Ən ağır tərəfi İranın özünün də müsəlman ölkəsi olmasıdır. Müsəlman ölkəsi sayılan İranın gözü qabağında Azərbaycanın məscidləri dağıdılıb, təhqir edilib. Buna görə də İranın mövqeyi bəllidir, Xankəndinə yüklər daşıyırsa, biz buna təəccüblənməli deyilik.
Ruslar da bu məsələdə ikibaşlı olmalı deyil. Birmənalı şəkildə bura Azərbaycan ərazisidir, kimsə ərazimizə girirsə, mütləq bizdən icazə almalıdır. Sülhməramlılar sülh adı altında yeni quldur-terrorçu qruplaşdırması yaratmamalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top