Sabirabadda ağır qəzada yaralananların və ölən şəxsin adı məlum olub - YENİLƏNİB - FOTO


Sabirabadda qəza zamanı ölən sərnişinin adı məlum olub:
30 yaşlı Elşən Ağayev.
O, hadisə yerindəcə keçinib.
Qeyd edək ki, Elşən Ağayev sürücü Rövşən Ramazanovun idarə etdiyi avtomobildə olub.

***13:16
Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib.
"Tofaş" markalı avtomobillə “VAZ 2107” markalı avtomobil toqquşub.

Yaralıların adını təqdim edirik:

1979-cu il təvəllüdlü Fərhadov Rövşən Yusif oğlu,

1991-ci il təvəllüdlü Ramazanov Rövşən Cavanşir oğlu.

Ağdam sakinləri, 1993-cü il təvəllüdlü Baxşəliyev Əli Adil oğlu,

1996-cı il təvəllüdlü Baxşəliyev Sədi Adil oğlu

1993-ü il təvəllüdlü Baxşəliyeva Şəfaqət Əsəd qızı.

Qəzada ölən şəxsin adı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.



DİGƏR XƏBƏRLƏR

Top