Fransa "Taliban" hökumətini tanımaqdan imtina edib


Fransa Xarici İşlər Nazirliyi Əfqanıstanda "Taliban" hökumətini tanımaqdan imtina etdiyini açıqlayıb.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian “France 5” telekanalının efirində bildirib.

Le Drian bildirib ki, Fransa bu hökumətlə əlaqədən imtina edir. Nazir həmçinin qeyd edib ki, "Taliban" vədlərinə əməl etmir. Fransalı nazir "Taliban"a səslənib: "Birbaşa nəzarətinizdə olmayan bölgələrə humanitar yardımın pulsuz çatdırılmasına icazə verin, insan haqlarına, xüsusən də qadın hüquqlarına və təhsil hüququna hörmət edin və Əl-Qaidə ilə hər hansı əməkdaşlıqdan imtina edin".

DİGƏR XƏBƏRLƏR

Top