Ramin Bayramlı istefa verdi


TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı o, özünün tvitter hesabında yazıb.

“Hörmətli dostlar!

Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm.

Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm”, - deyə TƏBİB sədri qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top