Gorus-Qafan yolunda Azərbaycan postunun qurulması ilə bağlı - DİN-dən AÇIQLAMA


Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb.

Məsələ barədə oxu.az Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxlayıb

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, işğaldan azad edilmiş bütün şəhər və rayonlarımızın ərazisində olduğu kimi Qubadlı rayonunun inzibati ərazisində də daxili işlər orqanlarının əməkdaşları öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər:

“Xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur”.

 

DİGƏR XƏBƏRLƏR

Top