Azərbaycanda üç oğlan 16 yaşlı qızı oğurladı


İmişli rayonunda adam oğurlanması hadisəsi baş verib.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, rayonda 20 yaşlı S. Qurbanov, 31 yaşlı Z. Ağayev və 30 yaşlı B. Ağayev rayon sakini 16 yaşlı T. M.-i yaşadığı evdən zorla oğurlayaraq aparıblar.
İlkin məlumata görə, yeniyetməni qaçıranlardan birinin onunla ailə qurmaq məqsədi olub.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyətmə tapılaraq ailəsinə qaytarılıb. Onu qaçıran şəxslər isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top