Sosial şəbəkələrdə qeyri-etik görüntüləri yayılan Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyuşov elə sosial şəbəkələr vasitəsilə təşəkkür yazısı yazıb.
Yeniavaz.com xəbər verir ki, o, son günlər hər kəsə çox əziyyət verdiyini qeyd edib və dəstək olanlara təşəkkür edib:
“Bilirəm, bu günlərdə sizə çox əziyyət vermişəm. Mənə göstərdiyiniz dəstəyə görə ayrı-ayrılıqda hər birinizə təşəkkür edir və xahiş edirəm, bu linkə girib xəbəri oxuyasınız. Təşəkkürlərimi bildirirəm”.
Qeyd edək ki, sabiq sədrin paylaşdığı link Baş Prokurorluğun azadinfo.az saytının təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlunun (Xəttab) R. Göyüşovdan hədə-qorxu ilə pul tələb edərək cinayət başında yaxalanması ilə bağlı məlumatdır.