Uşaqlar hansı yaşda, nə qədər su içməlidirlər? - Həkim açıqlayır


“Uşaqların içdikləri suyun miqdarı anlama qabiliyyətlərinin inkişafı üçün çox əhəmiyyətlidir”.


Bunu türkiyəli diyetoloq Neslihan Öztürk deyib.

Onun sözlərinə görə, uşaqlar yetərli və düzgün qidalanmadıqları zaman qarın ağrısı, baş fırlanması, halsızlıq və yorğunluq hiss edə bilərlər:

“Artıq yeni tədris ili başlayır. Uşaqların dərslərində uğurlu olmaları üçün düzgün qidalanmaları çox önəmlidir. Maska, məsafə və gigiyena qaydalarına əməl etməlidirlər. Peyvəndləri vaxtında vurdurmaq, düzgün qidalanmaq xəstələnmələrinin qarşısını alacaq. Uşaqların immunitetini güclü saxlamaq üçün vitamin və minerallar çox önəmlidir. Bunların başında Omeqa-3 dayanır. Həftədə 3 gün uşaqlar mütləq balıq yeməlidirlər. Balıq yemirlərsə, balıq yağı qəbul etməlidirlər. A, D vitamini, sink, dəmir, magnezium bu tərz vitamin və minerallar, məsələn B12, C vitamini həm immuniteti güclü edər, həm də uşaqların qavrama qabiliyyətini artırar.

Uşaqların orqanizminin yağlanmasını, çəki almasını, baş ağrılarının olmamasını və diqqət pozuntularının yaşamasını istəmirsinizsə, içdikləri suyun miqdarına fikir verin.


Məsələ, 1-3 yaş uşaqlar 1,3 litr, 4-8 yaş 1,4 litr, 9-13 yaş qız uşaqları 2,1 litr, oğlanlar 2,4 litr, 14-18 yaş qızlar 2,3 litr, oğlanlar isə 3,3 litr su içməlidirlər. Onların içdikləri suyun miqdarını gündəlik nəzarətdə saxlamalıyıq.

İmmunitetin digər düşmənlərindən biri də yuxusuz qalmaqdır.

Böyümə hormonları axşam 21:00-da maksimum səviyyədə olar. Uşaqlar yatmazdan əvvəl kalsium mənbəyi olan süd, kefir və ya qatıq yeyə bilərlər. Çünki kalsiumun udulması üçün ən yaxşı vaxt axşamdır.

Nəticədə, onlar sümüklərin formalaşması və böyüməsi, immunitetləri üçün çox yaxşı nəticələr əldə edəcəklər”.//medicina.az

DİGƏR XƏBƏRLƏR

Top