Koronavirusa yoluxan şair-tərcüməçi Anna Bartkulaşvili xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva bidirib.
“Anna xanım "Yeni Klinika"ya yerləşdirildi, hazırda intensiv müalicə alır. Klinikanın rəhbərliyi ilə və Anna xanımla telefonla danışırıq. Həkimlərimiz mümkün olan hər şeyi edirlər ki, Anna xanım tezliklə öz sağlamlığına qovuşsun. Müraciətimizi nəzərə alaraq Anna xanımı təcili xəstəxanaya yerləşdirib, müalicə almasına dəstək olan klinika rəhbərliyinə minnətdarlığımı bildirirəm”, - deyə Q.Paşayeva qeyd edib.