Məhkumlarla qısamüddətli görüşlər qanunvericiliyin tələblərinə uyğun olaraq şüşə arxasından - kontaktsız şəkildə verilir.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən bildirilib.
Qeyd edilib ki, bütün məhkumlar koronavirus əleyhinə peyvənd olunduqları üçün onlarla uzunmüddətli görüşlər zamanı görüşə gələn şəxslərin də vaksinasiya olunması barədə pasport tələb olunur.