Alqış Həsənoğlu yenidən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru təyin olunub


Alqış Musayev (Həsənoğlu) yenidən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru təyin olunub.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Bundan əvvəl “Yeni Azərbaycan” qəzetinin baş redaktoru deputat Hikmət Babaoğlu idi.

Qeyd edək ki, A. Həsənoğlu əvvəllər də uzun müddət qəzetin baş redaktoru olub.

DİGƏR XƏBƏRLƏR

Top