Şenol Günəş millidən ayrıldı - RƏSMİ


Şenol Günəş Türkiyə millisinin baş məşqçisi vəzifəsindən ayrılıb.
Yeniavaz.com xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiaysının rəsmi saytı məlumat yayıb. Bildirilir ki, 69 yaşlı təcrübəli mütəxəsislə olan müqaviləyə qarşılıqlı razılaşma yolu ilə xitam verilib.
Qeyd edək ki, Şenol Günəş 2019-cu ildən millinin baş məşqçisi kimi çalışıb. Onun komandası son matçını Niderlanda qarşı keçirib. Həmin oyunda Türkiyə millisi 6:1 hesabı ilə məğlub olub.

DİGƏR XƏBƏRLƏR

Top