Zelenskinin Rusiya ilə müharibə barədə dediklərinə Kremldən reaksiya


"Rusiya ilə Ukrayna arasında müharibə ehtimalı ilə bağlı deyilənlər apokaliptikdir (dünyanın sonu ilə bağlı elmi-fantastik əsərlərə verilən ad)".
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov Ukrayna lideri Vladimir Zelenskinin, “Ukraynanın Rusiya ilə müharibə etmək ehtimalı var” - açıqlamasını şərh edərkən deyib. O, “heç bir apokaliptik gözləntilərə qapılmaq istəməzdik” - deyə qeyd edib.
Qeyd edək ki, Zelenski bu gün keçirilən forumda, “Rusiya ilə müharibə etmək ehtimalı var, ancaq bu ən böyük səhv olardı. Onu da qeyd etmək istəyirəm ki, Ukrayna heç vaxt Rusiyanın bir hissəsinə çevrilməyəcək” - deyə açıqlama vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top