Bakı metrosunda kişi qatar yoluna yıxılıb


Sentyabrın 9-da, axşam saatlarında “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasında təxminən 30 yaşında kişi qatar yoluna yıxılıb.

Bunula bağlı məlumatı Yeniavaz.com-a qurumun mətbuat katibi Bəxtiyar Məmmədov təsdiq edib.
Onun sözlərinə görə, dərhal qatar yolunda yüksək gərginlik dayandırılıb, sözügedən şəxs polis əməkdaşlarının və metro işçilərinin köməyi ilə yoldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Onun həyatın hər hansı təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top