Həyat yoldaşı: "Yaqub Zurufçunun vəziyyəti ağır olaraq qalır"


Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçunun Report-a verdiyi məlumata görə, sənətçinin vəziyyəti ağır olaraq qalır.
“Səhər həkimi ilə danışdım. Bildirdi ki, heç bir dəyişiklik yoxdur. Vəziyyəti ağır stabil olaraq qalır. Müalicəsi davam etdirilir”, - A.Zurufçu qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top