"Terror siyahısında olan "Taliban"la danışmaq istəyirsiniz, seçilmiş hökumətlə yox?" - Putin


Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə bağlı dünya ölkələrinə səslənib.
Yeniavaz.com
“Ria Novosti”yə istinadla xəbər verir ki, Putin Lukaşenko ilə görüşündən sonra verdiyi açıqlamasında Belarus hökumətinə görə, ABŞ və Avropa ölkələrini sərt tənqid edib. O bildirib ki, “Taliban” BMT-nin terror siyahısına olmasına baxmayaraq Avropa ölkələri onlarla danışıqlar aparmaq istəyir, ancaq qanuni ölkə başçısı Aleksandr Lukaşenkoya eyni şəkildə yanaşmırlar:
“Bütün ölkələr BMT-nin terror siyahısına daxil olmasına baxmayaraq “Taliban”la birbaşa danışmaq istəyir. Buna əsas kimi “Taliban”ın əraziyə nəzarət etdiyi göstərilir. Nəticənin bəyənilib-bəyənilməməsi başqa mövzudur. Amma buna qarşılıq demək istəyirəm ki, gedin Belarus hökuməti ilə danışıqlar aparın. Orada seçilmiş bir hökumət var”.

DİGƏR XƏBƏRLƏR

Top